İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb, 24 nəfər xəsarət alıb. APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 18-i nümayişçi, 6-sı isə polis əməkdaşıdır
Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.Xatırladaq ki, Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət etmişdi, lakin şəhər rəhbərliyi onlara rədd cavabı vermişdi.