"Çempionlar Liqası Avropada ən nüfuzlu turnirdir. Hər bir futbolçu bu turnirdə iştirak etmək istəyir. Ötən mövsüm Çempionlar Liqasında oynamamışdıq. Ora qayıtmaq bizim üçün çox əhəmiyyətli idi və bunu bacarıdıq. Yaxşı çıxış edəcəyimizə ümid edirik".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin futbolçusu Sesar Aspilikueta Çempionlar Liqası haqda fikirlərini bildirirkən deyib.O, ÇL-in qrup mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ"la görüşdə qələbə qazanmağa çalışacaqlarını söyləyib: "Biz oyundan-oyuna irəliləyəcəyik. İlk matçda mütləq qələbə qazanmalıyıq. Rəqiblərimizə baxsaq, deyə bilərəm ki, onların hər biri bizim işimizi çətinləşdirə bilər. Buna görə də bütün gücümüzlə oynamalıyıq. Ancaq qələbə haqda düşünürük".
Qeyd edək ki, "Çelsi" C qrupunda "Atletiko", "Roma" və "Qarabağ"la birgə mübarizə aparacaq.