Kayak və kanoeçilərimiz Avropada daha 3 yürüş keçirəcək

Kayak və kanoeçilərimiz Avropada daha 3 yürüş keçirəcək backend

Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı davam edir. Azərbaycan Milli Avarçəkmə Federasiyasından QAZİLER.AZ-a verilən məlumata görə, ikinci yarış günündə Azərbaycan təmsilçilərindən ilk olaraq, mübarizəyə kayakçı İnna Osipenko-Radomskaya başlayacaq.

Bakı vaxtı ilə saat 16:05-də start xəttinə çıxacaq olimpiya çempionunun 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə rəqibləri Eef Haaze (Hollandiya), Nadejda Lyapeşka (Belarus), Linnea Stensils (İsveç), Fora Luç (Macarıstan), Kristina Petraçça (İtaliya) və Mixaela Fasnerova (Çexiya) olacaq.

Saat 16:20-də kanoeçi Nikita Sablin mübarizəyə başlayacaq. O, 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayacaq. Sablinin rəqibləri Nikolae Kratsyun (İtaliya), Martin Fuksa (Çexiya), Azərbaycan millisinin sabiq üzvü, hazırda Rusiya yığmasında çıxış edən Andrey Kraytor, Adam Fekete (Macarıstan), Viktor Qlazunov (Polşa) və Kərim Tənha (Türkiyə) olacaq.

Saat 16:40-da Mirnazim Cavadov 1 nəfərlik kayak (K-1) qayığı ilə 200 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri George Sadovnik (Moldova), Petter Menninq (İsveç), Kristian Rives (Böyük Britaniya), Aleksey Rumyantsev (Latviya), Tom Brennan (İrlandiya) və Andreas Diamantis (Kipr) olacaq.

Hər 3 yürüşün qalibi birbaşa əsas finala (Final A), 2 - 7-ci yerləri tutanlar yarımfinala yüksələcəklər.

Qeyd edək ki, ilk yarış günündə İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak (K-1) qayığı ilə 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlib. Həmin yürüş sabah keçiriləcək.
Diaspora