Oyunu satan hakim futboldan qovuldu: matç təkrarlanacaq

Oyunu satan hakim futboldan qovuldu: matç təkrarlanacaq backend

2018 Dünya Çempionatının Afrika Seçmə Mərhələsi çərçivəsində keçirilən Cənubi Afrika-Seneqal oyunu yenidən keçiriləcək.


Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, keçən ilin noyabrında keçirilən qarşılaşmada baş hakim Josef Lampteyin oyun alqı-satqısında iştirak etməsi təsdiqlənəndən sonra matçın yenidən oynanılması ilə bağlı qərar qəbul edilib.

Bundan başqa Josef Lampteyin ömürlük hakimlik fəaliyyətinə xitam verilib. Oyunun bu il noyabr ayında yenidən baş tutacağı bildirilib.

Qeyd edək ki, həmin qarşılaşma 2-1 hesabı ilə Cənubi Afrikanın xeyrinə başa çatıb.
Diaspora