Qərb Universiteti ilə Beynəlxalq Dağçılıq Federasiyası arasında müqaviləsi imzalanıb

Qərb Universiteti ilə Beynəlxalq Dağçılıq Federasiyası arasında müqaviləsi imzalanıb backend

Qərb Universiteti ilə Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) arasında Beynəlxalq Federasiyanın tərkibində fəaliyyət göstərən Dağların Mühafizəsi Komissiyasının “Dağların Mühafizəsi Mükafatı” (“Mountain Protection Award”) proqramı çərçivəsində əməkdaşlıq və dəstək müqaviləsi imzalanıb.

QAZİLƏR.AZ saytı xəbər verir ki, Qərb Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitet artıq 3-cü ildir, dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələləri diqqətdə saxlayan komissiya ilə əməkdaşlıq edir və Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) fəaliyyətini dəstəkləyir.
Əməkdaşlığın konkret predmeti olan komissiyanın təsis etdiyi “Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı, dağ turizminin inkişafı üçün dağ ətraf mühitinin mühafizəsi üzrə konkret tədbirlərə görə verilir və bu proqram ictimai maarifləndirmə, dağçılıq idman növlərinin təbliği, ekoturizmin inkişaf etdirilməsi və dağ ətraf mühitinin birgə mühafizəsi kimi konkret məqsədlərin həyata keçirilməsini qarşıya qoyur.
Mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Dağçılıq Federasiyanın (UIAA) məsul əməkdaşı Sofi Gerardın qatıldığı imzalanma mərasimi Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası (ADEİNFA) və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilib.
Diaspora