“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.
Qaziler.az bildirir ki, Qol.az-ın qrumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının IV turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib.Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL oyunun vaxtını sentyabrın 8-dən dekabrın 8-ə keçirib.