Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb.
Qaziler.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçisi Zaur Əliyev finala çıxıb.O, iki ardıcıl qələbədən sonra yarımfinalda Ermənistan təmsilçisini də məğlub edib.
Zaur Əliyev rəqibi Hayk Asatryana 10:2 hesabı ilə qalib gəlib.
Həlledici görüşdə idmançımızın rəqibi Yaponiya idmançısı olacaq.