Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Simurq” – “İnter” oyunundan əvvəl Zaqatala klubunun futbolçuları maaşlarının verilməməsinə etirazının bildiriblər. Lent.az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, onlar etirazlarını oturaq aksiya keçirməklə ifadə ediblər. Futbolçular matçın 1-ci dəqiqəsində bu addımı atıblar.
Xatırladaq ki, ciddi maliyyə problemi ilə üzləşən “Simurq” bu gün rəsmi şəkildə bəyan edib ki, futbolçulara olan borcu hətta mövsümün sonunda da ödənilməyəcək.Klubun oyunçulara 2-3 aylıq borcu olduğu bildirilir.