“Koreya səfiri kuboku” turniri təşkil ediləcək

“Koreya səfiri kuboku” turniri təşkil ediləcək backend

Azərbaycan Taekvando Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvando üzrə gənclər arasında “Koreya səfiri kuboku” turniri keçiriləcək.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, sayca üçüncü olan bu yarış sentyabrın 16-17-də Sumqayıt Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirdə respublikamızda fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının üzvləri, 2000-2003-cü il təvəllüdlü gənc idmançılar mübarizə aparacaqlar.

2015-ci ildən keçirilən bu turnir həmin il Qubada, ötən il isə Qəbələdə təşkil olunub.
Diaspora