"Qarabağ” Enrike ilə danışıqlar apardığını təsdiqlədi.
"Qarabağ” PAOK-un futbolçusu Pedro Enrikeni icarəyə götürmək istədiyini təsdiqləyib.XəzərXəbər xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl "Qafqazinfo”ya açıqlamasında braziliyalı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib:
"Enrike transfer siyahımızda olan futbolçudur. Onu heyətə qatmaq üçün danışıqlar aparırırq. Hazırda danışıqlar müsbət yöndə davam edir”.
Qeyd edək ki, bu gün P.Enrikenin meneceri ilə PAOK-un idman direktoru Lubos Miçel arasında görüş olacaq. Görüş zamanı 27 yaşlı oyunçunun gələcək karyerası ilə bağlı yekun qərar veriləcək.