“Sampdoriya”nın futbolçusu Patrik Şikin “Roma”ya keçidi rəsmiləşib.
Qaziler.az bildirir ki, Qol.az-ın paytaxt klubunun saytına istinadən yaydığı xəbərə görə, çexiyalı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” bu transfer üçün qarşı tərəfə 38 milyon avro ödəyib.
Qeyd edək ki, 21 yaşlı futbolçu ötən mövsüm “Sampdoriya”da 32 oyuna 11 qol vurub.