Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib backend

Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.


"Report"un məlumatına görə, 26 yaşlı idmançı yarımfinalda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı özbəkistanlı Diyorbek Urozboyevə qalib gəlib.
Azərbaycanlı cüdoçu əvvəlcə vazari fəndini tətbiq edərək rəqibindən 1 xal alıb, daha sonra ipponla 2 dəqiqə 10 saniyəyə təmiz qələbə qazanıb - 11:0.
Onun finalda rəqibi yaponiyalı Naohişa Takota olacaq.
Diaspora