Türkiyə atletika tarixinin 200 metrlik məsafəyə qaçışda ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF Oyunlarında 100 metrlik məsafəyə qaçışda gümüş medal qazanıb.
"Anadolu" xəbər verir ki, R.Quliyev yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.
Qızıl medalı yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.