Kamran Şahsuvarlı boks üzrə dünya çempionatına qələbə ilə başlayıb

Kamran Şahsuvarlı boks üzrə dünya çempionatına qələbə ilə başlayıb backend

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.

Qaziler.az Report-a istinadən xəbər verir ki, mundialın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub.

75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı 1/8 final çərçivəsində keçirilən döyüşdə Maks Van der Pasla (Hollandiya) üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. Şahsuvarlı rəqibini 3:2 (28:29, 29:28, 30:37, 30:27, 29:28) hesabı ilə məğlub edib.

O, 1/4 finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Döyüş avqustun 29-da baş tutacaq.

Şahsuvarlıdan fərqli, Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.
Diaspora