"Borussiya"nın futbolçusu Kevin Qrosskroyç əməliyyat olunub.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçinin sağalması üçün dörd həftə lazım olacaq. Bu isə o deməkdir ki, K.Qrosskroyç mövsümün qalan hissəsində oynamayacaq.Qeyd edək ki, K.Qrosskroyç fevral ayında zədələnib.