“Qarabağ”la yanaşı, digər klublarımız və Azərbaycan millisi son illərdə rəqiblərinə çətin anlar yaşatmağa başlayıblar. Bugünkü səviyyəyə gəlib çatmağımızın əsas səbəbi səbr və sabitlikdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Türkiyə mətbuatının da diqqətini cəlb edib.
“Sabah” qəzetinə açıqlama verən Tahir Gözəl maraqlı fikirlər səsləndirib. O, illər əvvələ qayıdaraq, keçmişi xatırlayıb: “Təbii ki, bu nəticələrin davamlılığı bizim üçün çox önəmlidi. Lazım olan bütün işləri AFFA ilə birlikdə görürük. 2001-ci ildən bəri “Qarabağ”a rəhbərlik edirik. İlk olaraq, Hamdi Serpil Tüzün ilə işləməyə başladıq. 2009-cu ilə qədər bizimlə birlikdə olan dəyərli məşqçimizin yetişdirdiyi futbolçular hələ də Azərbaycan klubları və yığmalarında uğurlu çıxış edirlər”.
“Qarabağ” rəsmisi baş məşqçi Qurban Qurbanovun kluba gəlişini də yada salıb: “Qurban Qurbanovun 2008-ci ildə gəlişi ilə “Qarabağ” üçün yeni dönəm başladı. Bildiyiniz kimi, ardıcıl 3 il Avropa Liqasının qrup mərhələsində oynadıq. Bu il hədəfimiz Çempionlar Liqasının qrupuna yüksəlmək idi və bunu bacardıq. Heyətimiz daha yaxşısını bacaracaq gücə, birlik, bərabərlik və motivasiyaya sahibdi”.