Parisdə güləş üzrə dünya çempionatı davam edir.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, beşinci yarış günündə 57, 61, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulur.
Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Mahir Əmiraslanov (57 kq) özbəkistanlı Nodirjon Safarov, Hacı Əliyev (61 kq) qırğızıstanlı Alibek Osmonov, Aleksandr Qostiyev (86 kq) isə Baktiyar Karagul Uulu (Qırğızıstan) ilə üz-üzə gələcək.