Vasili Utkin: “Qarabağ“a görə çox həyəcan keçirdik“

Vasili Utkin: “Qarabağ“a görə çox həyəcan keçirdik“ backend

"Azərbaycanlılara qarşı münasibətim yaxşıdır".

Bunu "Report"un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın məşhur idman şərhçisi Vasili Utkin deyib.
O, "Kopenhagen" - "Qarabağ" oyununun böyük hissəsini izləyə bildiyini və matçın nəticəsinə sevindiyini qeyd edib.
"Həmin vaxt "Sport FM" radiosunun efirində idim, MOİK - "Yanq Boyz" görüşünü şərh edirdik. Hardasa oyunun 25-ci dəqiqəsindən etibarən monitorlardan birinə "Qarabağ"ın oyununu çıxardılar və qolların necə vurulduğunu gördüm. Həmkarımla "Qarabağ"a görə çox həyəcanlanırdıq. Bunlar səsyazısı kimi qeydə alınıb, istəyən internetdə tapıb dinləyə bilər", - V.Utkin deyib.
Qarabağ haqqında qalmaqala səbəb olan "Twitter" paylaşımı ilə bağlı vəziyyəti şərh edən şərhçi təcrübəsinə əsaslanaraq bəzi Azərbaycan KİV-lərinin fikirləri təhrif etməyə alışdığını deyib.
"Mənim heç bir ərazi, ölkə, şəhərlə işim yoxdur. İnsanlara münasibətim var və bu mənada azərbaycanlılara münasibətim yaxşıdır", - o bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə abunəçilərinin sayı çoxdur və buna görə də hər yazılanı cavablandıra bilmir.
"Kiminsə nəyəsə qəzəblənməsi və ya nədənsə inciməsi vecimə deyil. Kiminsə qəlbinə dəymək, kimisə təhqir etmək niyyətim olmayıb. Kimsə təhqir etdiyimi düşünürsə, qoy məhkəməyə baş vursun. Çünki "təhqir" hüququ anlayışdır. Belə də ki internet azad məkandır və hər kəsin fikrini bildirmək hüququ var", - V.Utkin deyib.
Diaspora