İlkay Gündoğan çıxış etdiyi "Borussiya"nın müqaviləni uzatmaq barədə göndərdiyi təklifi müsbət cavablandırmayıb.
Qol.Az-ın məlumatına görə, bu barədə klub "Tvitter" hesabı vasitəsi ilə məlumat yayıb:"İlkayla 2016-ci ildə bitəcək müqaviləni yeniləmək üçün razılığa gələ bilmədik. Onunla müqaviləni uzatmamağa qərar verilib".
Qeyd edək ki, İlkay Gündoğanla "Bavariya"nın maraqlandığı iddia edilir.