“Üzərimizdə güclü təzyiq yoxdur“ – Qriqorçuk

“Üzərimizdə güclü təzyiq yoxdur“ – Qriqorçuk backend

"Razıyam, kubokun yarımfinal oyunlarının nəticələri "Qəbələ"yə psixoloji üstünlük qazandırıb. Belə deyərdim, hazırda üzərimizdə güclü təzyiq yoxdur. Lakin bununla belə, əsas vəzifə qarşıdakı oyunlara qələbə ruhunda köklənməkdir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubun qəzetinə açıqlamasında deyib.

Ukraynalı mütəxəssis çempionatın ardıcıl 8 oyununda qələbə qazanan komandasının qarşıdakı son 4 görüşdə də meydana 3 xal üçün çıxacağını bildirib:

"Şəxsən mən indidən hadisələrin hansı məcrada davam edəcəyini düşünməklə beynimi yormuram. Onu bilirəm ki, gücümüzü buna sərf etməməli, yalnız işləməli və irəli baxmalıyıq. Onda hər şey istədiyimiz kimi olacaq. Biz nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük. Hazırda bütün diqqətimizi növbəti matça yönəltmişik. Məqsədimiz bundan sonra keçirəcəyimiz 4 oyunun hamısında qalib gəlməkdir".
Diaspora