Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində bir pillə irəliləyib.
Qaziler.az “Report”-a istinadən bildirir ki, hesabat dövründə heç bir oyun keçirməyən Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv 427 xalla 79-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, FİFA reytinqindəki dəyişikliklərə səbəb Karib hövzəsi, Şimali və Mərkəzi Amerika (CONCACAF) zonası üzrə keçirilən oyunlar və yoxlama matçlarıdır.