"Real"ın sabiq futbolçusu Freddi Rinkon İnterpol (Beynəlxalq Cinayət Polisi İdarəsi) tərəfindən axtarılır.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 48 yaşlı keçmiş futbolçu çirkli pulların yuyulması və narkotik ticarətində təqsirli bilinir.11 il Kolumbiya millisində çıxış edən Rinkon İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilib. Kolumbiya mətbuatında yer alan xəbərə görə, Panamada çalışan Rinkon narkotik baronu Pablo Rayo Montano ilə iş birliyini davam etdirir.
Qeyd edək ki, F.Rinkon 1995-1996-cı illərdə "Real"ın şərəfini qoruyub.