İspaniya La Liqasının 34-cü turunda "Almeriya" ilə oyun "Real" (Madrid) üçün əlamətdar olub.
Qol.Az-ın məlumatına görə, rəqibinə 3:0 hesabı ilə qalib gələn "kral klubu" cari mövsüm 102-ci qolunu vurub.Bununla da, Madrid təmsilçisi ardıcıl 6-cı mövsümündə 100-dən artıq qola imza atıb.
Qeyd edək ki, "Real" son 6 ildə ən çox 2011/2012 mövsümündə fərqlənib. Həmin mövsümdə 100 xalla çempion olan "Real" rəqib qapılarından 121 qol keçirib.