Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.
Dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparırlar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma komandamızın 2 üzvü yarışda iştirak edir. Ölkəmizi 48 kq çəki dərəcəsində Türkan Nəsirova və 55 kq çəki dərəcəsində Leyla Qurbanova təmsil edirlər.
Türkanın ilk rəqibi 1/16 final mərhələsində Avstriya təmsilçisi Kim Marlies Gmeiner olacaq. Leyla isə 1/8 finalda koreyalı Eunyounq Parka qarşı mübarizə aparacaq.