Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatıb.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov qeyd etdiyinə görə çempionatın yüksək səviyyədə təşkili üçün bütün kollektiv səylə çalışıb.
Azərbaycan Atıcılıq Federasiyasının işçilərinə və yarışlarda əməyi keçənlərə diplomlar təqdim olunub.
Daha sonra Avropa Atıcılıq Federasiyasının bayrağı gələn il çempionatın keçiriləcəyi Macarıstan Atıcılıq Federasiyasının nümayəndəsinə təqdim edilib.
Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb. Yarışların keçirildiyi 13 gün ərzində 79 dəst medal qazanılıb.