Britaniyanın nüfuzlu "BoxRec" boks portalında ukraynalı Vladimir Kliçko və britaniyalı Entoni Coşua arasında revanş qarşılaşmasının keçiriləcəyi barədə məlumat yer alıb.
Qaziler.az xəbər verir ki, idmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub.Döyüş Las-Veqasın məşhur "t-Mobile arena" stadionunda keçirilməlidir.
Xatırladaq ki, boksçular arasında Londonun "Uembli" stadionunda baş tutan ilk döyüş zamanı Coşua Kliçkonu iki dəfə nokauta salıb.