Argentina və Uruqvay futbol üzrə DÇ-2030-a birgə namizədliklərini irəli sürüblər.
Qaziler.az xəbərinə görə, bu barədə AS qəzetinin müxbiri Vera Brunatti özünün “Tvitter”səhifəsində yazıb.Məlumata əsasən, iki ölkənin federasiya nümayəndələri avqustun 2-də birgə mətbuat konfransı keçirərək namizədliklərini rəsmən irəli sürəcəklər.
Qeyd edək ki, Uruqvay tarixdə futbol üzrə ilk dünya çempionatına sahiblik edib və turnirin qalibi olub. Argentina 1978-ci ildə mundiali qəbul edib və dünya çempionu olub.