Avropa Liqasında mübarizəni erkən dayandıran "Qalatasaray"ın yenidən Arda Turana eçli düşməsi barədə xəbər vermişdik.
İddialara görə, azarkeşlərin qəzəbinə tuş gələn prezident Dursun Özbək "Barselona"lı ulduzu komandaya gətirməklə aranı sakitləşdirməyə çalışır."Qalatasaray"ın Ardaya təklifi ortaya çıxıb. İddiaya görə, klub futbolçuya illik 4,5 milyon avro maaş təklif edir. Bu "Qalatasaray"da ən yüksək maaş olacaq. Bundan başqa Arda komandanın kapitan sarğısını da daşıyacaq.
"Qalatasaray"ın məqsədi Ardanı icarəyə götürməkdi. Dursun Özbək onunla şəxsən görüşmək istəyir və "Barselona"nın ABŞ-dan dönməsini gözləyir.