Türkiyə Avropa Oyunlarına qatılacaq idmançılarının sayını açıqladı

Türkiyə Avropa Oyunlarına qatılacaq idmançılarının sayını açıqladı backend

Türkiyə Milli Olimpiya Komitəsi 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkənin təmsil ediləcəyi idman növlərini və idmançıların sayını açıqlayıb. Bu barədə APA-ya Türkiyə Milli Olimpiya Komitəsinin İstanbuldakı baş qərargahından məlumat verilib.

Türkiyə idmançıları Bakıdakı I Avropa Oyunlarında 23 növdə yarışacaq.

Atıcılıq: 5 nəfər (1 kişi - 10 metr havalı tapança; 50 metr tapança; 1 kişi - 50 metr tapança; 1 kişi - 10 metr havalı tapança; 1 kişi - trap; 1 qadın - trap)

Atlayış: 1 kişi idmançı

Artistik gimnastika: 4 idmançı (3 kişi, 1 qadın)

Badminton: 6 idmançı (3 qadın, 3 kişi); (Əmrə Vural - tək; Nəslihan Yiğit - tək; Əmrə Vural və Sinan Zorlu - cütlər; Nəslihan Zorlu və Özgə Bayrak - cütlər; Nəslihan Kılıç və Ramazan Öztürk - qarışıq cütlər).

Basketbol: 8 idmançı (3X3 basketbol: 1 kişi, 1 qadın komandası)

Velosiped: 6 idmançı (3 kişi, 3 qadın)

Boks: 51 idmançı (4 qadın: 51 kq.Əlif Nur Coşkun; 54 kq.Ayşə Taş; 60 kq.Qamzə Başar; 75 kq. Səma Çalışkan; 9 kişi: 46-49 kq. – 1 idmançı; 52 kq.- 1 idmançı; 56 kq.-1 idmançı; 60 kq.-1 idmançı; 64 kq.-1 idmançı; 69 kq.- 1 idmançı; 71 kq.- 1 idmançı; 81 kq.-1 idmançı; 91 kq.-1 idmançı; 91+ - 1 idmançı)

Qılıncoynatma: 3 idmançı (Fərdi qılıncoynatma - İbrahim Ahmet Ant; Ilqın Sarban; Fərdi kəsici qılıncoynatma - İrəm Karamətə)

Görmə qabiliyyəti olmayanların dzüdosu: 2 qadın idmançı (Şərifə Kösəoğlu- 57 kq. ; Gülhan Kılıç- 57 kq.)

Güləş: 24 idmançı (Sərbəst - 8 qadın, 8 kişi; Klassik - 8 kişi)

Dzyüdo: 14 idmançı (8 kişi; Ahmet Şahin Kaba - 60 kq; Sinan Sandal- 66 kq; Hasan Vanlıoğlu - 73 kq; Bayram Ceylan-73 kq; Batuhan Efemgil- 90 kq; Əli Ərdoğan-100 kq; Fəyyaz Yazıcı- +100 kq; Burak Sərbəst- +100 kq; 6 qadın: Əbru Şahin- 48 kq; Dilara Lokmanhəkim- 48 kq; Ayşə Arca- 52 kq; Şükran Bakacak-70 kq; Gülşah Kocatürk-+ 78 kq; Belkıs Zəhra Kaya- +78 kq)

Kanoe sprint : 6 idmançı( 3 kişi, 3 qadın)

Karate: 11 idmançı (5 kişi: Mehmet Yakan -“kata”; Burak Uygur- “kumite 67 kq”; Erman Eltemur- “kumite 67 kq”; Uğur Aktaş - “kumite 84 kq”; Enes Ərkan - “kumite +84 kq”; 6 qadın: Dilara Bozan - “kata”; Sərap Özçəlik - “kumite 50 kq”; Tuba Yakan - “kumite 55 kq”; Mərvə Çoban- “kumite” 61 kq”; Şeyda Hafsa Burucu- “kumite 68 kq”; Məltəm Hocaoğlu- “kumite +68 kq”

Masa tennisi: 2 idmançı (1 kişi - Əhməd Lu; 1 qadın - Mələk Hu)

Oxçuluq: 6 idmançı (3 qadın, 3 kişi)

Çimərlik voleybolu: 4 idmançı (2 kişi komandası)

Sambo: 1 kişi idmançı (74 kq)

Sinxron üzgüçülük - 10 qadın idmançı

Vaterpol : 13 idmançı (1 kişi komandası)

Tekvando: 8 idmançı (4 kişi: Görkəm Sezer - 58 kq; Sərvət Təzəgül - 68 kq; Yunis Sarı - 80 kq; Əli Sarı + 80 kq; 4 qadın: Rukiyyə Yıldırım - 49 kq; Xədicə Yanğın - 57 kq; Nur Tatar - 67 kq; Asena Aydın +67 kq)

Triatlon: 3 idmançı (1 kişi, 2 qadın)

Voleybol : 24 idmançı (1 kişi, 1 qadın komandası)

Üzgüçülük: 12 idmançı (6 qadın, 6 kişi).

Qadın idmançıların sayı - 80
Kişi idmançıların sayı - 106
İdmançıların ümumi sayı – 186.
Diaspora