Dünya mətbuatında FIFA-nın daha iki nəhəng kluba transfer qadağası qoyulacağı ilə bağlı iddialar yer alıb. Lent.az-ın goal.az-a istindən məlumatına görə, Cadena Ser-in radiosunun xəbərinə görə, “Real Madrid” və “Atletiko Madrid” qarşıdakı iki transfer sezonunda futbolçu transfer edə bilməyəcək.
Buna səbəb olaraq hər iki klubun 18 yaşdan aşağı futbolçuları transfer edən zaman qeyri-qanuni hərəkət etməsi olub.Madrid təmsilçiləri qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Qeyd edək ki, FİFA bir müddət əvvəl “Barselona”ya transfer qadağası qoymuşdu.