Azərbaycanlı cüdoçu erməni rəqibinə qalib gəldi

Azərbaycanlı cüdoçu erməni rəqibinə qalib gəldi backend

Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib.

Yarışın ilk günündə millimizin çıxışı uğurlu alınıb. Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.

Hidayət Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.

Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.
Diaspora