İdman transferləri sahəsində rekord məbləğdə anlaşmaya imza atıla bilər.
Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Sport” dərgisi yazıb.Söhbət Fransanın PSG futbol klubunun “Barcelona”nın braziliyalı ulduzu Neymarla apardığı danışıqlardan gedir.
“Barcelona” oyunçunu satmaq istəmədiyinə görə, PSG-nin qətərli prezidenti Nasir Əl-Xelaifi 222 milyon avro təklif edərək Neymarın sərbəst olmasını təmin etmək istəyir.
Bu təklif reallaşsa, Neymar idman tarixinin ən bahalı transferinə imza atacaq.