"Borussiya"nın baş məşqçisi Yurgen Klopp haqda sensasiyalı iddia yayılıb. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssisin futbolçularından birinin həyat yoldaşı ilə sevgi münasibətində olduğu iddia edilib. Bu səbəbdən onun mövsümün sonunda "Borussiya"dan ayrılacağı yazılıb.
Almaniya kubokunda "Bavariya"ya ilə yarımfinal oyunu öncəsi keçirilən mətbuat konfransında "Borussiya"nın mətbuat xidmətinin rəhbəri Fligge gözlənilmədən bu iddianı xatırladıb.Bundan sonra iddialara münasibət bildirən Yurgen Klopp deyib.
"Həyat yoldaşım tərəfindən evdən qovulduğum üçün klubu tərk etmək məcburiyyətində qaldığım, bir futbolçunun xanımı ilə münasibətdə olduğum iddia edilir. Həyat yoldaşım məni evdən qovmayib. O, başqa bir qadına görə belə addım atmaz. Ancaq mən axmaq olduğum üçün bu hərəkəti edə bilər".