Ərzurumda hazırlıq keçən "Kəpəz"in daha iki rəqibi müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Türkiyənin 1-ci Liqa təmsilçiləri ilə qarşılaşacaq. Komanda iyulun 22-də "Ankaragücü", iyulun 24-də isə "Elazığspor" klubu ilə oynayacaq.
Qeyd edək ki, "Kəpəz" ilk yoxlama görüşündə "Samsunspor"a (Türkiyə) 1:2 hesabı ilə uduzub.