UEFA Avropa Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulur.
Qol.az-ın məlumatına görə, son 2 ildə qrup mərhələsində yarışan “Qəbələ” Polşada “Yagelloniya”nın qonağı olub. Roman Qriqorçukun komandası 2:0 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb.Qeyd edək ki, "Qəbələ" 3-cü mərhələdə Yunanıstanın "Panatinakikos" klubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:2
Qol: İlqar Qurbanov, 18, Ozobiç, 89
İlk oyun - 1:1
Baş hakim: Konstasntin Sebastian Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
“Yagelloniya”: 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib
Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 26. Martin Pospisil, 28. Karol Sviderski, 44. Lukaş Sekulski
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)