Şağan Olimpiya İdman Kompleksində enşin karate üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Enşin Karate Federasiyasının prezidenti Zahir Mirişov AZƏRTAC-a bildirib ki, turnirdə milli komandamızın üzvləri ilə yanaşı, Gürcüstan və İran karateçiləri də birincilik uğrunda mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan karateçiləri 11 qızıl, 7 gümüş və 9 bürünc medala sahib olublar.
Yeddi yaş kateqoriyası üzrə keçirilən turnirdə Azərbaycan ümumi komanda hesabında birinci olub. İran millisi yarışı ikinci, Gürcüstan yığması isə üçüncü pillədə başa vurub.