İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov iclasda iştirak edib.