20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Rumıniyanın Oradea şəhərində keçirdiyi ilk iki qarşılaşmada məğlub olan komandamız bu dəfə də meydanı başıaşağı tərk edib.
Rusiyaya 56:85, Slovakiyaya 78:86 hesabı ilə uduzan yığmamız Böyük Britaniya ilə görüşdə daha acınacaqlı nəticə ilə üzləşib. Belə ki, millimiz 68:111 (7:20, 8:32, 30:28, 23:31) hesabına üzülüb. Ender Poladxanlı komandamıza daha çox - 24 xal qazandırıb.
Bu gün yığmamız qrupda son oyununu keçirəcək. Millimiz Hollandiya ilə qarşılaşacaq.