“Qarabağ“ qalib gəldi

“Qarabağ“ qalib gəldi backend

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi səfərdə “Samtredia” ilə qarşılaşdı. Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 cavabsız qolla məğlub edən Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinin bir addımlığındadır.

“Samtredia” – “Qarabağ” cütünün qalibi üçüncü mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovanlar 1:0 hesabı ilə qələbə qazanıblar. Oyun bu nəticə ilə bitib və “Qarabağ” oyunu qalibiyyətlə başa vurub.


18 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1 (İkinci hissə)
Qol: Donald Gerye, 22
İlk oyun – 0:5
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”
Diaspora