Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bir qədər sonra başlayacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb.
Qol.az-ın xəbərinə görə, xoşagəlməz olay matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.“Samtredia”nın 20-ə yaxın azarkeşi “Qarabağ” fanatlarına hücum edib. Nəticədə əlbəyaxa dava düşüb. Yerli fanatlar Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polislər bayrağı oğurlayan gürcü azarkeşləri axtarışa başlayıb.
Qeyd edək ki, “Samtredia” – “Qarabağ” oyunu saat 21:00-da başlayacaq.