“Stadionda erməni bayrağı olmasın“ - “Qarabağ“dan UEFA-ya müraciət

“Stadionda erməni bayrağı olmasın“ - “Qarabağ“dan UEFA-ya müraciət backend

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə cavab matçı öncəsi UEFA-ya müraciət edib.

Qol.az-ın xəbərinə görə, bu barədə Ağdan klubunun saytı məlumat yayıb.

Son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.

Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə "Qarabağ"ın rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.

Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.
Diaspora