“Yuventus” futbol klubu heyətinə yeni oyunçu cəlb edib. AZƏRTAC xəbər verir ki, “Bavariya”nın futbolçusu Duqlas Kosta gələn mövsüm icarə əsasında Turin klubunda çıxış edəcək.
Braziliyalı yarımmüdafiəçi “Yuventus” üçün tibbi baxışdan keçib. İtaliya çempionu mövsümün sonunda Kostanı birdəfəlik transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən 26 yaşlı futbolçunun Münhen klubu ilə 2020-ci ilə qədər müqaviləsi var.