"Biz Zəhra ilə bağlı pankart hazırlamışdıq. Polislər onu içəri keçirməyə qoymadı"
Musavat.com xəbər verir ki, bu sözləri "11-ci sektor" azarkeş qrupunun üzvləri deyiblər. Azarkeşlər günlər öncədən "Qarabağ"-"Samtredia" matçına hazırlaşıblar ki, oyun zamanı ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirən 18 aylıq Zəhra haqqında pankart açsınlar. Amma oyun günü polislər onlardan pankartı alıblar stadiona keçirməyə icazə verməyiblər.Buna etiraz olaraq azarkeş qrupunun üzvləri matçı tərk ediblər.