Estoniyanın paytaxtı Tallində təşkil olunmuş UEFA inkişaf turnirində futbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, estoniyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qalib gəliblər.Vüsalə Seyfətdinovanın dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Anna Abulaşvili və Rövşanə Sərdarlı fərqləniblər.