İspaniyanın “Barselona” klubu 30 yaşlı argentinalı ulduz Lionel Messi ilə müqaviləni 2022-ci ilə qədər uzadıb.
Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, müqavilə iyulun 15-dən qüvvəyə minir.
30 yaşlı futbolçu ilə “Barselona”nın müqaviləsi 2018-ci ildə başa çatırdı. Buna görə də, “Barselona” prezidenti Xosep Mariya Bartomeu Messinin atası Xorxe ilə şəxsən danışıqlar apararaq yeni müqavilənin şərtlərini razılaşdırıb.