Azərbaycan taekvandoçusu dünya çempionatında finala yüksəlib.
QAZİLƏR.AZ Trend-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən taekvando üzrə dünya çempionatında idmançımız Məhəmməd Məmmədov (-63 kq) yarmfinal döyüşündə iranlı Mirhaşım Hüseynə 5:6 hesabı ilə məğlub olaraq bürünc mükafata layiq görülüb.
Digər təmsilçimiz Milad Beygi Harçeqani isə finala vəsiqə uğrunda qarşılaşdığı moldovalı rəqib Aaron Cooku 3:0 hesabı ilə məğlub etdi.
Taekvandoçumuzun finaldakı rəqibi Rusiya təmsilçisi Anton Kotkov olacaq.