Heydər Əliyev Mərkəzinin parkında keçən həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.
QAZİLƏR.AZ Trend-ə istinadən xəbər verir ki, budəfəki dərs taekvondo üzrə olub.Dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb.
5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyyələr verilib.