Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib backend

İyunun 25-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.


QAZİLƏR.AZ Modern.az-a istinadən xəbər verir ki, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib.

İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb.

Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və «Ağ At» şahmat klubunun müəllimləri nəzarət edib.

Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov.

Qaliblər sertifikat və medallarla təltif olunub.

Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.
Diaspora