Dünən başa çatan Formula 1 üzrə Azərbaycan Qran Prisində 3-cü yer tutan "William" komandasının kanadalı sürücüsü Lance Stroll rekorda imza atıb.
QAZİLƏR.AZ "Report"-a istinadən xəbər verir ki, 18 yaş 239 gün olan kanadalı sürücü bu idman növünün tarixində podiuma çıxan ən gənc Formula-1 debütantı olub.
Əvvəlki rekord Lance Strolldan 19 gün böyük olan və keçən il İspaniya Qran Prisini qazanan hollandiyalı pilot Max Verstappenə məxsus idi.
Eyni zamanda, kanadalı idmançı Azərbaycan Qran Prisinin ən yaxşı sürücüsü nominasiyasında qalib olub.
Qeyd edək ki, dünənki yarışın qalibi "Red Bull" komandasının sürücüsü Daniel Ricciardo olub. İkinci yerə "Mercedes"in üzvü Valtteri Bottas çıxıb.