“Fikirləşmirdim ki, bu gün qalib gələ bilərəm”.
Qaziler.az xəbər verir ki, bunu Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo jurnalistlərə açıqlamasında deyib.D.Rikkardo qeyd edib ki, Azərbaycan Qran-Prisi həyəcan dolu yarış idi: “Yarışın əvvəlində baş verən xoşagəlməz hadisələrdən, bolidimdə əyləc problemi səbəbindən erkən pit-stopa daxil olmağımdan sonra, fikirləşmirdim ki, bu gün qalib gələ bilərəm. Lakin bu, həyəcan dolu yarış idi. Şadam ki, qələbə qazandım”.